Dünya futbolu

“Bəzi oyunçularımız komandaya gec qatıldı”

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Fənərbağça” – “Arsenal” (0:3) oyunundan sonra ev sahiblərinin baş məşqçisi Ərsun Yanal maraqlı açıqlamalar verib.

O, yüksək tempdə oynaya bilmədikləri üçün məğlub olduqlarını bildirib: “Güclü bir rəqiblə oynadıq. Oyun ərzində balansı qorumuşduq. İlk qoldan sonra rəqibimiz yüksək templi oyunu nəticəsində qapımızda daha iki qol gördük. Bizim də o tempdə oynamağımız lazım idi.Bu əskiklik isə mövsüm hazırlığı ilə yox, davamlılıqla bağlıdır. Bəzi oyunçularımız komandaya gec qatıldı. “Fənərbaxça”da bu tempi yüksəldəcək futbolçular seçəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43