Ölkə futbolu

Biabırçılıq: Polis ingilis jurnalistin çəkdiyi şəkili silib

“Evening Standard” nəşrində çalışan ingilis jurnalist Ceyms Olley “Qarabağ” – “Arsenal” oyununu işıqlandırmaq üçün Bakıya gələn jurnalistlər arasında olub. O, metrodakı izdihamıın fotosunu çəkib sosial şəbəkə  hesabından paylaşmaq istəsə də, polislər ona mane olub. Jurnalist isə başına gələnləri tvvitter hesabından paylaşıb:

 “Bakı Olimpiya Stadionu. Metrodakı xaosu (şiddət yox idi) paylaşacaqdım, lakin polis əməkdaşı telefonu əlimdən alıb şəkili sildi. May ayında keçiriləcək finala təşkilatçılıq işləri görülməlidir”.

Qeyd edək ki, oyunda “Arsenal” 3-0 hesabı ilə qalib gəlib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43