Ölkə futbolu

BİABIRÇILIQ!: “Turan T” – “Karvan” matçına futbolçu “Qəbələ”nin forması ilə çıxdı – FOTO

Futbol üzrə Azərbaycan I Divizionunda biabırçılıq baş verib.

Məlum olduğu kimi oyunların qeyri-peşəkar keçdiyi aşağı dəstədə ağıla sığmaz, rüsvayçılıq baş verib. Belə ki, “Qəbələ”dən ayrılaraq “Karvan”a keçən qapıçı Elnar Kərimovun oyunlara hələ də “Qəbələ”nin forması ilə çıxdığı məlum olub. I Divizionun 3-cü turu çərçivəsində baş tutan “Turan T” – “Karvan” matçında qapını qoruyan Yevlax təmsilçisinin qolkiperi Elnar Kərimov hələ də “Qəbələ”nin forması ilə oynadığı məlum olub. Qəbələ təmsilçisinin loqosunu formadan çıxaran “əlcək sahibi”nə klub tərəfindən yeni forma verilməyib.

sportarena.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43