Ölkə futbolu

“Bilmirəm ki, Böyükağa Hacıyev mənim işimə qarışacaq, ya yox”

“Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanov, bu gün keçirdiyi mətbuat konfransında Böyükağa Hacıyevin klubda müşavir kimi işləməsi ilə bağlı da danışıb: “Mən klubun içində deyiləm. Hələ ki yeni gəlmişəm. Bilmirəm ki, Böyükağa Hacıyev mənim işimə qarışacaq, ya yox. Bir neçə gündən sonra mənə bu haqda sualı versəniz, məmnuniyyətlə buna cavab verərəm”.

Qeyd edək ki, Nazim Süleymanov “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43