İdman

“Bir gün mən də karyeramı bitirəcəm” – Messi

“Barselona”nın və Argentina millisinin ulduzu Lionel Mmessi maraqlı açıqlamaları ilə gündəmə gəlib.

İdmanxeber.com-un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu milli komandası ilə birgə dünya çempionluğu yaşamaq istədiyini və finalda qarşılaşmağı arzu etdiyi yığmanı açıqlayıb: “Braziliyada baş tutan mundialda finala qədər irəliləsək də, nəticə olmadı. Bu dəfə xoşbəxt sonluğa nail olacağımıza inanıram. Finalda isə İspaniya ilə qarşılaşmağı çox istərdim. Çünki neçə illərdi ki, İspaniya çempionatında  top qovuram. Orada bir çox dostlarım var”.

Messi “karyeranı nə vaxt bitirməyi planlaşdırırsan?” – sualına isə bu cür cavab verib: “Bu barədə düşünməmişəm. Hələ futbol oynamaq istəyirəm. Günü gündən futbol həvəsim artır. Hədəflərim var. Ancaq bir gün mən də karyeramı bitirəcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43