18 Yanvar 2022
Kateqoriyasız

Bir oyunda iki yubiley

Premyer Liqanın 12-ci turu iki futbolçunun Azərbaycan çempionatlarında 200-cü oyununu keçirməsi ilə əlamətdar olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, hər iki futbolçu “Sabah” – “Keşlə” matçında (2:1) meydana çıxıb.

Bəxtiyar Həsənalızadə meydan sahiblərinin, Tərlan Quliyev qonaqların heyətində şans qazanmaqla yubiley görüşünü keçirib.
Debütü daha tez – 2009/10 mövsümündə gerçəkləşən Tərlan bu müddətdə 3 qol vurub. O, “Keşlə”də 101 (2 qol), “Neftçi”də 48, “Kəpəz”də 35 (1 qol), “Sumqayıt”da 10, “Qarabağ”da 6 matça çıxıb.

2011/12 mövsümündə debüt edən Bəxtiyarın aktivində isə 4 top var. O, “Sumqayıt”da 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 19 oyunda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”da ispan hücumçu?

admin

“Topaz”: Hollandiya və Danimarka üçün son şans

admin

“Neftçi” – “Qəbələ” matçında 4 qol

admin