Ölkə futbolu

“Biz çox arxada qalmışıq”

“Biz çox arxada qalmışıq və turnir cədvəlindəki vəziyyətimiz ürəkaçan deyil. Ona görə də biz bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Ancaq asan olmayacağını da bilirik”.

Bu sözləri idmanxeber.com-a “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov deyib.

Təcrübəli müdafiəçi Ağdam klubunun heyətindəki itkilərə də toxunub:

“Rəşad Sadıqov və Gelaşvilinin zədəli olmasından xəbərim var. Onların bizə qarşı oynayıb-oynamaması bir yana, Rəşadın zədələnməsi mənə pis təsir etdi. O, millimizin aparıcı üzvlərindən biridi. Onun oynamaması bizim lehimizə ola bilər”.

Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” oyunu bugün, saat 17:00-da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43