Ölkə futbolu

“Biz elə belə oyunlarda özümüzü göstərməliyik”

Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq Azərbaycan milli komandasının müdafiəçisi Tərlan Quliyev bu görüşlə bağlı fikirlərini bölüşüb. 

İdmanxeber.com-un məlumatına görə, “Kəpəz”in futbolçusu klub saytına açıqlamasında bunları söyləyib:

“Təbii ki, futbolçunun milliyə çağırılması sevindiricidir. Bundan əvvəlki təlim-məşq toplanışlarına və seçmə mərhələnin matçlarına dəvət almışdım. Baş məşqçi Robert Prosineçki çempionat oyunlarını izləyir və məni yenidən yığmaya cəlb edib. Yoldaşlıq görüşü olsa da, biz elə belə oyunlarda özümüzü göstərməliyik. Meydanda şans verilsə, bacarığımı ortaya qoymaqla, etimadı doğrultmağa çalışacağam. Hazırlığımız da yaxşı gedir. Səylə məşq edirik, hər şey yaxşıdır”.

Xatırladaq ki, millinin düşərgəsində Tərlan Quliyevlə yanaşı, “Kəpəz”in daha bir üzvü Rəşad Eyyubov da yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43