Dünyadan

“Boavişta” Kamranın cəzasını azaldılmasını istəyir

“Boavişta” qapıçısı Kamran Ağayevin 3 oyunluq cəzasının azaldılması ilə bağlı apelyyasiya şikayəti verəcək. Klub millimizin qapıçısına verilən cəzadan narazılığını bildirib.

Klub bununla bağlı rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda K.Ağayevin cəzasını ağır hesab edib: “Azarkeşlər rəqib oyunçuların aktyorluq və təxribata çəkmə bacarıqlarının yüksək səviyyədə olduğunu gördülər. Bu haqsızlıq “Boavişta”ya mənfi mənada təsir göstərməyəcək. Haqsızlıq qarşısında susmaz fikrimiz yoxdur” – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, K.Ağayev Portuqaliya çempionatının 17-ci turunda  “Benfika” ilə oyundan sonra rəqib komandanın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43