Dünyadan

AÇ-2020-nin sonuncu loqotipi təqdim edildi

AÇ-2020-nin final mərhələsinin sonuncu loqotipi təqdim olunub.

İdmanxeber.com-un məlumatına görə, yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Sankt-Peterburq təqdimat mərasimi keçirən sonuncu şəhər olub. Tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferin, Rusiyanın baş nazirinin müavini Vitali Mutko, şəhərin qubernatoru Georgi Poltavçenko və digər qonaqlar iştirak ediblər. Bütün loqolarda olduğu kimi Sankt-Peterbuqun rəmzində də körpü əks olunub.

Qeyd edək ki, Sankt-Peterburqla yanaşı, Bakı, Amsterdam, London, Buxarest, Budapeşt, Roma, Münhen, Brüssel, Qlazqo, Kopenhagen, Dublin və Bilbao da AÇ-2020-yə ev sahibliyi edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43