İdman

Boksçularımızdan ilk qızıl medal

Mayın 18-də Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında ilk qızıl medalını qazanıb.

İdmanxeber.com-un məlumatına görə, İslamiadada 60 kiloqram çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev həlledici görüşdə iraqlı Ammar Karbalai ilə qarşılaşıb. Görüşdə 5:0 hesabı ilə qalib gələn boksçumuz “Bakı-2017”nin çempionu olub.

Bu çəki dərəcəsində bürünc medallara türkmənistanlı Hursad İmankuliyev və Qazaxıstan təmsilçisi Sultan Zaurbəy layiq görülüblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43