İdman

Boksçularımızdan uğurlu çıxış

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatı davam edir. 

İdmanxeber.com-un məlumatına görə, artıq turnirdə yarımfinal görüşlərinə start verilib. Bu gün rinqə cıxan üç boksçumuzdan ikisi artıq finala yüksəlib. Belə ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimerdanova fransalı Delfin Mançinini məğlub edərək Avropa çempionatının finalına çıxıb. 69 kq çəkidə isə Yelena Vstropova rusiyalı Səadət Abdullayeva ilə üz-üzə gəlib. Rəqibini məğlub edən boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb. 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova final yolunda Türkiyə təmsilçisi Elif Güneri ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqib idmançının qələbəsi ilə başa çatıb. İdmançımız Avropa çempionatını bürünc medalla başa vurub. Daha bir təmsilçimiz, ən ağır çəkidə mübarizə aparan Aynur Rzayeva isə bu gün Rusiya təmsilçisi Zemfira Maqomedaliyeva ilə döyüşəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43