İdman

Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirinə qələbə ilə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 63,5 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 final mərhələsi çərçivəsində Şpetim Bayokunu (Kosovo) məğlub edib.

Həsənov rəqibinə 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Boksçumuz 1/8 finalda hindistanlı Şiva Tapa ilə döyüşəcək. Görüş fevralın 22-də baş tutacaq.

Qeyd edək ki, 40-a qədər ölkədən 398 boksçunun (256 kişi, 142 qadın) qatıldığı yarışa fevralın 26-da yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43