İdman

Boksçumuz dünya onluğunda

Boksçumuz Fariz Məmmədov Ümumdünya Boks Təşkilatının (WBO) sentyabr ayı üçün açıqlanan yeni reytinq cədvəlində mövqeyini gücləndirib. Bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

İdmanxeber.com-un məlumatına görə, Fariz Məmmədov hələ iyunun 8-də almaniyalı Mattias Pelkə nokautla qalib gəlib WBO-nun Avropa kəmərinə sahib çıxmaqla orta yungül çəki dərəcəsində (66.68 kq) dünyanın ən güclü 10 boksçusu sırasına düşüb. İndi idmançımız avqust ayı ilə müqayisədə mövqeyini daha da gücləndirib.

Ötən ay doqquzuncu yerdə olan boksçumuz sentyabrda bir pillə də irəliləyib və hazırda öz çəki dərəcəsi üzrə dünyada səkkizincidir.

Bu çəkidə reyqinq cədvəlinə mütləq dünya çempionu, meksikalı Xuan Manuel Markes başçılıq edir. Namibiyalı Betyuel Uşuna ikinci, amerikalı Timoti Bredli isə üçüncüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43