Dünya futbolu

“Borussiya” 21 yaşlı futbolçu ilə razılığa gəldi

Dortmundun “Borussiya”sı “Borussiya” Münxenqladbaxın futbolçusu Mahmud Daudanı transfer etməyə yaxındır.

İdmanxeber.com-un məlumatına görə, artıq tərəflər arasında ilkin razılıq əldə edilib. Hazırda Dortmund “Borussiya”sı 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə şərtlərini razılaşdırır.

Futbolçunun transfer məbləği 10 milyon avro olacaq. Dortmund klubunun onunla 2018-ci ilədək müqavilə imzalamaq niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43