Dünyadan

“Borussiya” daha bir türk futbolçu ilə anlaşdı

Dortmund “Borussiya”sı daha bir türkiyəli futbolçunu heyətinə qatır.

İdmanxeber.com Almaniya mətbuatına istinadla xəbər verir ki, “Bayer”in müdafiəçisi Ömər Toprakın dortmundlularla anlaşıb.

Artıq klublar arasında artıq razılıq əldə edilib. Anlaşmaya görə, “Borussiya” leverkuzenlilərə 12 milyon avro ödəyəcək. Qış transfer dönəmində yeni komandası ilə 4 illik müqaviləyə qol çəkəcək 27 yaşlı futbolçunun bu müddət ərzində məvacibi ümumilikdə 25 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Türkiyə millisinin daha iki futbolçusu Nuri Şahin və Əmrə Mor da hazırda “Borussiya”nın formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43