Dünya futbolu

“Borussiya” polyak futbolçusunu göndərir

“Borussiya”(Dortmund) təcrübəli yarımmüdafiəçisi Yakub Blaşikovskini transferə çıxarıb.

İdmanxeber.com-un “Kicker”ə istinadən verdiyi məlumata görə, polşalı futbolçu ötən mövsümü icarə əsasında “Fiorentina”da keçirib.

Meydana çıxdığı 15 oyunda 2 qol vuran və 1 məhsuldar ötürmə verən 30 yaşlı futbolçu “Avro-2016″da yaxşı oyunu ilə diqqət çəkib. Lakin Dortmund təmsilçisi Blaşikovski ilə yolları ayırmağa qərar verib.

Qeyd edək ki, Polşa millisinin üzvünün “Borussiya” ilə müqaviləsi 2018-ci ildə bitir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43