Dünya futbolu

“Borussiya”dan 20 milyonluq transfer

Almniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Dortmund təmsilçisi Belçika yığmasının yarımmüdafiəçisi Aksel Vitseli heyətinə qatıb. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Çinin “Tyantzin Tyantsyan” klubundan transfer edilən 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu keçid almanlara 20 milyon avroya başa gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43