Dünya futbolu

Spaletti Modriçi gözləyir

Xorvatiyalının “Real”dan ayrılması gözlənilir.

İdmanxeber.az-ın məlumatına görə, K.Ronaldodan sonra Madrid təmsilçisi daha bir ulduz oyunçusunu itirə bilər. İtaliya mətbuatının son günlərdə yazdığı xəbərlərə əsasən Luka Modriç karyerasını “İnter”də davam etdirəcək.  İtalyan təmsilçisinin baş məşqçisi Lusiyano Spaletti də bu barədə danışıb. O, klub rəsmilərinin bu transfer üçün ciddi şəkildə çalışdıqlarını bildirib;

“Bu transfer barəsində rəhbərliklə demək olar hər gün danışıram. Onlar bu məsələdə çox ciddi çalışırlar. Hər “İnter” azarkeşi kimi, mən də Modriçin komandamıza gələcəyini gözləyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43