Ölkə futbolu

Böyük ayrılıq reallaşır

2019-cu ildən “Neftçi”də forma geyinən Voislav Stankoviç komandadan göndəriləcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 36 yaşlı müdafiəçi ilə yayda başa çatacaq müqavilə yenilənməyəcək. Serbiyalı futbolçunun yaşı və fiziki durumu “ağ-qaralar”ı qane etmədiyindən ona yeni sözləşmə təklif olunmayacaq.

Paytaxt klubunun yeni rəhbərliyi komandanın gücünə güc qatan futbolçuların klubda saxlanılmasını tələb edib. Bu baxımdan da Stankoviç və daha bir neçə futbolçunun komandadan göndəriləcəyi dəqiqdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43