İdman

“Böyük Dəbilqə”: İlk medalımızı qazandıq

Azərbaycan cüdoçusu, 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov Bakıda təşkil olunan “Böyük Dəbilqə” turnirində bürünc medala sahib olub. 

İdmanxeber.com-un məlumatına görə, idmançımız üçüncü yer uğrunda həlledici qarşılaşmada Belçika təmsilçisi Kennet van Qansbekeni məğlubiyyətə uğradıb. Görüşün əvvəlində cüdoçumuz cərimə xalı alsa da, sonda rəqibinə ipponla qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan milisinin turnirdə qazandığı ilk medal olub.

Degər cüdoçumuz İlqar Müşkiyev (60 kq) isə 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43