Kateqoriyasız

“Böyük Dəbilqə”: Rövnəq Abdullayev Heydər Əliyev adına İdman Sarayında

Xəbər  verdiyimiz kimi, mayın 6-8-də Bakıda ümummilli  lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq mötəbər yarışda 82 ölkədən 519 cüdoçu qüvvəsini sinayacaq.

Turnirin keçiriləcəyi idman sarayında sürətlə dəvam etdirilən hazırlıq işləri yekunlaşmaq üzrədir. Azərbaycan Cüdo Federasiyasının prezidenti  Rövnəq Abdullayev görülən hazırlıq işləri ilə tanış olmaq üçün idman sarayına baxış keçirib. Federasyanın vitse-prezidenti Sadıq Sadıqov həyata keçirilmiş işlərlə bağlı qurum rəhbərinə məlumat verib. Federasiya prezidenti idman arenasının turnirə yüksək səviyyədə hazırlanmasından məmnunluğunu bildirib və müəyyən tapşırıqlar verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43