Ölkə futbolu

“Böyük oyun”: “Neftçi”ni sevindirən futbolçu “Xəzər Lənkəran”ı derbi öncəsi güldürdü

İki gündən sonra “Neftçi” ilə “Böyük oyun”da üz-üzə gələcək “Xəzər Lənkəran”da zədəlilər yavaş-yavaş sıraya dönür.

İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə,müdafiəçi Tiyaqonun “Neftçi”yə qarşı oynamayacağı öncədən bildirilmişdisə, indi vəziyyət tamam başqadı. Braziliyalı futbolçu prinsipial matçda Cənub klubuna kömək edə bilər. Təbii ki, zədəsi tam sağalmayan braziliyalı oyunçu “Böyük oyun”a iynə gücü ilə çıxa bilər. 

Mustafa Dənizli Tiaqonu belə vəziyyətdə meydana buraxıb-buraxmayacağı oyun günü bəlli olacaq.

Xatırladaq ki, Tiyaqo Lənkəranda keçirilən son derbidə öz qapısına qol vurmaqla “Böyük oyun”da ilk avtoqol müəllifi olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43