Ölkə futbolu

“Böyük oyun”da qanı axan futbolçu “Xəzər Lənkəran”ı günahlandırdı: “Bizə qarşı açıq futbol oynamırlar”

“İlk hissədə yaxşı imkanlarımız oldu. Düzdü hesab 1-0 oldu. Bizə 3 xal lazım idi. Əgər ilk hissədə həmin epizodları qola çevirsəydik, hesab 2-0, 3-0 ola bilərdi. İkinci hissədə əzmkarlıq göstərdik və qələbə qazandıq”. 

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov deyib.

Paytaxt klubunun üzvü “Böyük oyun”la bağlı fikirlərini səsləndirərkən, çempionaluq şanslarından da danışıb:

“Oyun sönük keçdi. Çünki, rəqib də “Xəzər Lənkəran”dı. Bizə qarşı açıq futbol oynamırlar. Ona görə çətin oldu. Penalti epizoduna yaxın idim. Mənə elə gəlir ki, 70% penalti idi. Hakim başqa qərar verdi. Oyunun gedişində başımdan zədə aldım. Biraz qanaxma oldu. Ona görə də, oyunda başı sarğılı çıxış etməyə məcbur oldum. Bizim çempionluq şansımız hələ itirilməyib. “Qarabağ” sabah (bu gün) “Qəbələ” ilə oynayır. Hələ bilmək olmaz. “Qarabağ”la qarşıda bizim də oyunumuz var. “Qarabağ” çempion olsa da, bu oyunu biz udmalıyıq. “Qarabağ”ın çempionluğuna birşey demirəm. 3 ildir biz çempion olmuşuq, bir dəfə də onlar olsun. Əsas odur ki, ÇL, AL-na gedən klublar yaxşı təmsil etsin. “Qarabağ”ın çempionluöunu demək tezdir. İnşallah olar, biz də təbrik edərik.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43