İdman

Böyükağa Hacıyev: “Baxarsız, Qurban Qurbanov ümidləri yenə doğruldacaq”

"Çelsi", "Atletiko" və "Roma" Avropanın aparıcı klublarıdı. Adıçəkilən komandalara qarşı oynamaq asan məsələ deyil. "Qarabağ"ın ağır günləri başlayır".

İdmanxeber.com-a açıqlamasında bu sözləri Azərbaycan klubları arasında ilk dəfə "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə çıxaran, AFFA-nın məşqçilər komitəsinin üzvü Böyükağa Hacıyev deyib. Ağdam təmsilçisi üçün 3 cəbhədə – Azərbaycan çempionatı, ölkə kuboku və Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsinin çətin məsələ olduğunu vurğulayan təcrübəli mütəxəssis təmsilçimizə uğurlar arzulayıb: "İnşallah, yaxşı nəticələr qazanarıq. Qrupda yaxşı nəticələrə ümid edirəm. Baxarsız, Qurban Qurbanov ümidləri yenə doğruldacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43