Ölkə futbolu

Böyükağa Hacıyev: “…mənim atabaatama lənət!”

Premyer Liqanın 19-cu turunda "Neftçi" doğma meydanda "Simurq"u 3:0 hesabı ilə məğlub etdi.

Ev sahibi komandanın baş məşqçisi Böyükağa Hacıyevin matç haqda fikirləri ilə sizi tanış edirik:

"Fasilədən sonra hər zaman çətinliklər olur. "Qarabağ"ın xal itirməsindən sonra bizim məğlub olmağa haqqımız yoxdu. "Xəzər Lənkəran"ın "Qarabağ"ı məğlub etməsi bizi toparlanmağa vadar edir. Mənim Mustafa Dənizli ilə heç bir prinsipim yoxdu. O güclü məşqçidi". 

"Deyirlər ki, "Xəzər Lənkəran" 1 milyona Eliası transfer edib. İnanın heç 500 mini futbolçuya çatmayıb. Əgər çatıbsa, mənim atabaatama lənət!".

mənbə: idmanxeber.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43