Ölkə futbolu

Böyükağa Hacıyev: “Niyə bütün səhvlər “Neftçi”nin görüşünə təsadüf edir?”

"Neftçi"nin futbolçusu Araz Abdullayevin AFFA İntizam Komitəsi tərəfindən "Qarabağ"la oyunda verilən qırmızı kartı ləğv olunması ilə bağlı komandanın baş məşqçisi Böyükağa Hacıyev fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, Hacıyev "Qarabağ"a yenilginin məhz azlıqda qalmaları ilə əlaqələndirib:

"Araza verilən qırmızı vərəqə yanlış qərar idi. Qərarın ləğvi dediklərimizin düz olduğunu sübut etdi. Futbolçu bağışlandı. Bəs “Neftçi” nə etsin? Araz qırmızı vərəqə alanda komandamız iki top fərqi ilə uduzurdu. Oyunda dönüş ola bilərdi. Lakin hakim oyuna damğasını vurdu. Səhv hamıda olur. Sadəcə, niyə bütün səhvlər “Neftçi”nin görüşünə təsadüf edir?" azerisport.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43