İdman

Böyükağa Hacıyevin oğlu: “Atamın vəziyyəti ağırdı”

“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin vəziyyətinin pisləşməsi barədə xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, 63 yaşlı mütəxəssis ürəyindən əməliiyat olunub. Hazırkı vəziyyəti isə bir o qədər sevindirici deyil. Əməkdaşımızla söhbətində Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev, sabahkı vəziyyətdən asılı olaraq, müalicənin hansı istiqamətdə davam etdirilicəyi ilə bağlı müvafiq qərarın veriləcəyini bildirdi: “Atamın vəziyyəti ağırdı. Gəlin, dualarımızı əskik tutmayaq. İnşallah, sabahdan etibarən yaxşı olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43