Milli komanda

“Bu baxımdan heç kimdən geri qalmırıq” – millimizin baş məşqçisi

U-17 Avropa çempionatının ilkin seçmə mərhələsində  Avstriya ilə keçirilən oyundan (1:3) sonra yığmamızın baş məşqçisi Vüqar Məmməd görüş haqda fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın saytına danışan gənc mütəxəssis qeyd edib ki, nəticə ürəkaçan olmasa da, futbolçular əzmkar oyun nümayiş etdirblər:

“Qrupda yer alan komandalar kifayət qədər güclü rəqiblərdir. Avstriya yığması da ilk oyunda Rumıniyanı məğlub edərək , yaxşı komanda olduğunu  sübut edib. Hesabda geri olmağımıza baxmayaraq, uşaqlar ruhdan düşmədilər və bərabərlik qolunu vurdular. Ancaq fasilədən sonra rəqib təzyiqi artıraraq buraxdığımız səhvlərdən maksimum yararlandı. Komandamız oyun baxımından rəqiblərdən geri olsa da, əzmkarlıq baxımından heç kimdən geri qalmır. Onlar hər iki oyunda böyük əzmkarlıq nümayiş etdirdilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43