Kateqoriyasız

Bu da son: UEFA “Qarabağ”ın apellyasiya şikayətini rədd etdi

Bu gün UEFA-da “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə keçirilən oyunla (0:0) bağlı apellyasiya şikayətinə baxılıb.

İdmanxeber.com-un məlumatına görə, UEFA “Qarabağ”ın şikayətini yenə rədd edib.

Ancaq klubun vəkili Qürur Qaye Ünal Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasının cəzalandırıla biləcəyini deyib:

“Apellyasiya Komitəsindən verilən açıqlamada Riçard Almeydanın qolunun hakimlər tərəfindən qeydə alınmamasının yanlış qərar olduğu bildirildi. Həmçinin qeyd olundu ki, UEFA həmin görüşün hakimlərini cəzalandıra bilər. Ancaq oyun yenidən keçirilməyəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43