Kateqoriyasız

Bu klub “Qarabağ”ın futbolçusu ilə razılaşdı

Qazaxıstanın “Turan” klubu “Qarabağ”ın qolkiperi Emil Balayevlə razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı qapıçı mövsümün sonuna kimi “Turan”da çıxış edəcək. Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Emil “Turan”ın hazırkı baş məşqçisi Vladimir Qazzaevin rəhbərliyi altında 2019-cu ildə “Tobol”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43