İdman

Bu məqam Tərlan Əhmədovu “Zirə” ilə oyun öncəsi düşündürür

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Neftçi” bu oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın heyətində İlkin Qırtımov və Rəşad Sadiqov “Sumqayıt”la matçda sarı kart alaraq cəzalı duruma düşüblər. Buna görə də, hər iki futbolçu, eləcə də zədəli olan Elnur Cəfərov və Qato “Zirə” ilə oyunu tirbunadan izləyəcək.

Qeyd edək ki, sözügedən oyun fevralın 24-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43