Dünyadan

Buffon “Yuventus”da yaşanan şokdan danışdı

“Yuventus”un qapıçısı Canluici Buffon Antonio Kontenin şok istefasını şərh edib.

İdmanxeber.com-un məlumatına görə, “Yuve”nın canlı əfsanəsi italiyalı jurnalistlərə verdiyi açıqlamada bunları deyib:

“Təbii ki, böyük bir itkidi. Ancaq Konrenin zəhməti yerdə qalmayacaq. Çox güclü bir baş məşqçi istirsək də, biz güclü komandayıq və önümüzə baxmağı bacarırırq”.

Sonda Buffon Kontenin transferlər səbəbindən istefa vermədiyini, ancaq bu gedişin səbəbini də bilmədiyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43