Dünya futbolu

Buffonla Prosineçkini müqayisə etdilər

“Yuventus”un qapıçısı Canluici Buffon gündəmə bu dəfə futbol həyatına görə düşməyib.

Təcrübəli əlcək sahibi dünən şəxsi avtomobilində siqaret çəkərkən fotokameralara yaxalanıb.

Onun fotoları sosial şəbəkələrdə və yerli mətbuatda geniş müzakirə edilib.

İtaliya mediası ulduz qapıçını Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə müqayisə edib. Həmkarlarımız xorvatiyalı futbolçunu qolkiper üçün “nümunə” göstərib.

Canluici Buffonun siqaret çəkdiyini onun millidə və “Yuventus”dakı komanda yoldaşı olan Pablo Daniel Osvaldo açıqlamışdı: “Milli komandanın soyunub-geyinmə otağında tez-tez siqaret çəkirdim. Ancaq bunu tək etmirdim. Qapıçımız Canluici Buffon və baş məşqçimiz Çezare Prandelli də mənimlə siqaret çəkirdi”.

Ötən günlərdə isə Azərbaycan millisinin baş məşqçisi olan Robert Prosineçkinin İngiltərənin “Portsmut” klubunda birgə çıxış etdiyi keçmiş komanda yoldaşı Piter Krauç xorvatiyalının zərərli vərdişindən söz açmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43