Kateqoriyasız

“Bütün ölkəni xoşbəxt etdik” – Nazarov

“Uels və Xorvatiya ilə oyunlarda, demək olar ki, sona qədər meydanda oldum. Bu isə mənə vacib olan oyun praktikası qazandırdı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

Yığmanın AVRO-2020-nin seçmə mərhələsində Uels (1:2) və Xorvatiya (1:1) ilə matçlarından sonra Almaniyaya qayıdan Nazarov klubu “Aue”yə qoşulub.

29 yaşlı futbolçu Almaniya mətbuatına qısa açıqlamasında Xorvatiya bərabərliyi ilə bağlı təəssüratların bölüşüb: ​”Biz böyük bir mübarizə apardıq və bütün ölkəni xoşbəxt etdik. Bu pozitiv hissi özümlə “Aue”yə gətirdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43