Dünya futbolu

Çalhanoğlu “İnter”lə müqavilə uzadır

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu klubu ilə yeni müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı türkiyəli futbolçu 2021-ci ildən Milan təmsilçisində çıxış edir. Tərəflər sözləşmə uzadılmasında razılığa gəliblər.

Çalhanoğlu 2027-ci ilə qədər “İnter”də qalacaq.

O, bu mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43