Ölkə futbolu

“Zakpanın o hərəkətini meydanda görsəydik, dava düşərdi”

“Səbail”in futbolçusu Qoba Zakpanın “Turan Tovuz”la oyundakı qol sevinci ciddi müzakirələrə səbəb olub. 

Paytaxt təmsilçisi bu gün məsələ ilə bağlı verdiyi açıqlamada oyunçunun hərəkətinin yalnış anlaşıldığını bildirsə də, futbol ictimaiyyəti və yerli azarkeşlər bununla razılaşmadı. 

Məsələ ilə bağlı “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin də fikrini öyrəndik. O, idmanxeber.az saytına bunları dedi:

“Oyun vaxtı həmin anı görməmişdim. Daha sonra sosial şəbəkədə qarşıma çıxdı. Buna deyiləsi söz yoxdur, açıq-aşkar hörmətsizlikdi. Bəlkə də Zakpanın o hərəkətini meydanda görsəydik, dava düşərdi. İlk öncə öz komandasına, sonra da bizə qarşı hörmətsizlik etdi. Oyuna minlərlə azarkeş baxır. Futbol elə bir oyundur ki, qol da vurmaq olar, sevinmək də. Ancaq belə hərəkət etmək lazım deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43