Kateqoriyasız Ölkə futbolu

“Çalışacağıq ki, oyunu onların zonasında quraq” – Emin Mahmudov

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisi Avstriyanı qonaq edəcək.

İdmanxeber az-ın məlumatına görə, millimizin futbolçusu Emin Mahmudov sabahkı oyunla bunları deyib:

“Bizi yaxşı komandaya qarşı oyun gözləyir. Biz də istəyirik ki, qələbəmizin davamı gəlsin. Sabah əlimizdən gələninin maksimumunu edəcəm. Biz çalışıb arxada top itirməməliyik. Daha çox diqqətli olmalıyıq. Çalışacağıq ki, oyunu onların zonasında quraq.

Oyunun Respublika stadionunda keçirilməsi yaxşıdı. Stadion şəhər mərkəzindədi və ora azarkeşlər çox gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43