Milli komanda

De Byazi: “Azarkeşlər sabah gəlib bizə dəstək olsalar…”

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisi Avstriyanı qonaq edəcək.

İdmanxeber.az-ın məlumatına görə, millimizin baş məşqçisi Canni De Byazi matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Sabahkı oyun çətin yox, çox çətin olacaq. Avstriya çox guçlu rəqibdi. Modernli bir futbol.oynayırlar. Belçika ilq oyunlarına baxmişam. Nəticə aldadıcı ola bilər. Həmin matçı Avstriya daha yaxşı oynamışdı.

– Rəqib sabahkı oyuna 5 ciddi itki ilə çıxacaq. Qələbə qazansaqxal ehtiyatımız 7-ə yüksələcək…

İlk oyunda da nəticənin fərqli olacağını düşünürdük. Lakin 1:4 uduzduq. Biz də çalışacağıq ki, uğurlu çıxışımızı davam etdirək. Rəqibin heyətində Sabitzer kimi futbolçu var ki, onu daha sonradan oyuna daxil edirlər.

– Sabah oyun Respublika stadionunda keçiriləcək. “Qarabağ” avrokuboklarda ev oyunlarını burada keçirəndə anşlaq olur.  Siz necə, bunu gözləyirsinizmi?

Azarkeşlər sabah gəlib bizə dəstək olsalar 12-nin 11-ə oynayacağıq. Gəlməsələr belə yenə yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.Sabah çətin olacaq. Amma çalışacağıq ki, pozitiv nəticə qazanaq.

– Oyunöncəsi məşqi niyə Tofiq Bəhramovda keçirmədiz?

– Çox istəyərdik ki, gedək. Sadəcə bizə dedilər ki, meydança ideal deyil və məşq etsək, meydança dağıla bilər. Ona görə “Dalğa Arena”da məşq edəcəyik.

– Yığmamız səfərə gedib qayıdanda çətinliklər çəkir. Heyətdə dəyişikliklər olacaq?

– Ağır oyundan, uzun səfərdən gəlirik. Bu gün ilk məşqimizi edəcəyik. Dünən ancaq bərpa məşqi etmişik. Dəyişikliyə bu gün qərar verəcəyik. Sabah ağır oyun olacaq, çox qaçacağıq.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43