Dünya futbolu

CAS “Mançester Siti”nin cəzasını ləğv etdi

UEFA-nın “Mançester Siti”yə qoyduğu iki illik avrokuboklarda iştirak qadağası aradan qaldırılıb.

İdmanxeber.az xəbər verir ki, bununla bağlı İdman Arbitraj Məhkəməsi (CAS) qərar qəbul edib. Bu gün keçirilən iclasda “şəhərlilər”in şikayətinə baxılıb və iki illik avrokuboklarda iştirak cəzası 10 milyon avro ilə əvəzlənib.

Beləliklə, MS növbəti mövsüm qitəmiqyaslı yarışlarda çıxış edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43