Kateqoriyasız

“Cavan uşaqdır, Dabonun üstünə qışqırır” – Emin Mahmudov

"Cavan uşaqdır, Dabonun üstünə qışqırır" - <span style='color: red; background: #FFF; font-weight: bold; font-size: 16px;'>Emin Mahmudov</span>” style=”max-width: 100%; height: auto; vertical-align: middle; border: none; padding: 0px; width: 600px;”></a></span></p>
<div class=

“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Zirə”ni 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

26 yaşlı yarımmüdafiəçi öncə qələbəni şərh edib:

– Çətin oyun alındı. Biz də işimizi çətinə saldıq. Hesabda 2:0 öndə olarkən 2-3 qol şansından yararlanmadıq. Daha sonra səhvimizdən qapımızda qol gördük. Yaxşı oyun gedirdi. İlk hissədə oyunumuz yaxşı alınmırdı. İkinci hissədə isə dəyişdik. Oyunun sonlarında bir az yorulduq və oyunu əlimizdən buraxdıq.

– Bu gün qapınızda 2 qol gördünüz. Buna səbəb nə oldu?

– Səhvlər gözlənilmədən olur. Deməzdim ki, hansısa epizod yaradıb qol vurdular. Diqqətsizlikdən qollar buraxdıq.

– Hesab 3:2 olarkən “Zirə”nin 3-cü qol vuracaöından qorxmurdunuz?

– Xeyr, çalışırdıq ki, 4-cü qolu da vuraq. Bunu da bacardıq.

– “Zirə”yə qarşı “Neftçi” nə üçün çətinlik çəkir?

– “Zirə” pis komanda deyil ki, onlara rahat qalib gələk. Yaxşı oynayırlar, digər komandalar qarşı da əla oynayırlar. Qışdan sonra daha da yaxşı oynayırlar. Buna görə çətinlik yaradırlar.

– Oyunun sonlarındakı epizodla bağlı ara qarışdı. Samir Abasovla da dialoqunuz baş tutdu. Nə baş verirdi?

– Onların gənc futbolçusu İlkin Muradov topla Daboya vurmaq istəyirdi. Mən ona belə etməməli olduğunu dedim. Çünki cavan uşaqdır, istəyir ki, topla onu vursun, daha sonra Dabonun üstünə qışqırır. Özünü belə aparmaq lazım deyil.

– Sizi aqressiv görməməşdik. Həmin epizodda çox çılğın idiniz.

– Həmin hərəkətə görə çox əsəbləşdim

– Sabah “Qarabağ” “Qəbələ” ilə oyunda xal itirməsini gözləyirsiniz? Oyuna baxmaq fikriniz var?

– Onu fikirləşmirik. Vaxt olsa, oyuna baxacam. Pasporta görə Rusiyaya gedib-qayıtmalıyam. “Qəbələ”nin qalib gəlməsini eşitsəm, sevinərəm. Biz öz oyunlarımızda 3 xal qazanmağa köklənmişik. Çempionatda hər oyun bir-birinə oxşamır. “Qəbələ”nin necə oynayacağını bilmirəm.

– Kapitanlıq bazubdəndini oyunun son dəqiqələrində meydana daxil olan Ruslan Abışovun qoluna taxdınız. Bundan sonra kapitan Abışov olacaq?

– Əlbəttə, Ruslan bizim kapitandır. Abışov olmadığı üçün kapitan mən idim.