Kateqoriyasız

“Cavid Hüseynov bibisi oğluna polisə təslim olmasını bildirib”

Vəkil Adəm Məmmədov “Qəbələ”nin futbolçusu Cavid Hüseynovla görüşüb. 

İdmanxeber.com-un “Report”a istinadən verdiyi məlumata görə, bu haqda A.Məmmədov danışıb.

O bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Hüseynovun səhhəti normaldır: “Bir neçə gün əvvəl hüquqlarını müdafiə etdiyim Cavid Hüseynovla görüşdüm. O, səhhətində heç bir problemin olmadığını deyib”.

“Bu haqda həmişə demişəm. C.Hüseynovla onun bibisi oğlu Elşən İsmayılov arasında “Whatsapp”da yazışma mesajlarının məzmunundan tam müəyyən olunur ki, Cavid Hüseynovun cinayət işindən xəbəri yoxdur. Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrı verdikləri ifadədə göstərilir ki, bu hadisədən Cavid Hüseynov xəbərsizdir. Düzdür, mərhum Rasim Əliyevlə həmin şəxslər arasında baş verən hadisədən sonra Elşən İsmayılov Cavid Hüseynova məlumat verib. Cavid Hüseynov da ona bildirib ki, “siz çox nahaq yerə görüşə gedib, onu döymüsüz”. Onlar arasında olan bütün yazışmalar və səsli mesajlar var. Hətta Cavid Hüseynov bibisi oğluna polisə təslim olmasını bildirib”, – deyə A.Məmmədov bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43