Ölkə futbolu

Cavid İmamverdiyev azarkeşi hədələməsindən danışdı: “Onlar hamısı…”

Ötən gün Premyer Liqanın XIII turunda "Neftçi" doğma azarkeşləri önündə "Bakı"nı məğlub edib – 2:1. Oyunsonrası ev sahibi komandanın ikinci qolunun müəllifi olan Cavid İmamverdiyev idmanxeber.com-a açıqlama verib:

"Əvvəla azarkeşlərə axıra kimi komandamızı dəstəklədiyi üçün təşəkkürümü bildirib. Qaldı ki, azarkeşlərlə mənim aramdakı söz-söhbətə, onlar boş söhbətlər idi. Mən azarkeşləri sevirəm və əminəm ki, azarkeşlər də məni sevir. Çox şükür qalib gəldik və qolunda birini mən vurdum. Qolumu da azarkeşlərə həsr edirəm".

"Nazim Süleymanov və Səmədağa müəllim mənə çox güvənirlər. Sağ olsunlar. Mən də çalışacam ki, onların ümidlərini doğruldum. Mənim əsas budur ki, hər zaman "Neftçi"nin əsas heyətində çıxış etdim. Mən heç vaxt bir mövsüm axıra kimi əsas heyətdə oynaya bilməmişəm. Ümid edirəm ki, Nazim müəllimlə bu istəyimə nail olacam".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43