Müsahibə

Cavid İmamverdiyev: “… fəxr etməməliyik” (MÜSAHİBƏ)

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev “Neftçi”– “Qaradağ-Lökbatan”la (8:0) matçdan sonra jurnalistlərə müsahibə verib.
 
– İlk öncə oyun haqda fikirlərin…
– “Qaradağ Lökbatan” I divizion təmsilçisi olduğuna görə, bu qələbə ilə fəxr etməməliyik. Ancaq komanda yoldaşlarımın əziyyətini də heçə endirə bilmərəm. Qələbə qazanmaq vacibdi, çünki qarşıdakı oyunlara daha yaxşı hazırlaşmağımız üçün stimul yaradır. Yenə də bildirirəm ki, qələbəni şişirtmək lazım deyil.
 
– Qələbəni bu dərəcədə asan əldə edəcəyinizi gözləyirdinizmi?
– Asan deyəndə ki, ilk dəqiqələrdən oyun intizamını pozmadıq. Rəqibin aşağı dəstə təmsilçisi olması bizi arxayınlaşdırmadı. Öz oynumuzu oynadıq. Futbol elə oyundu ki, gərək, rəqibinə heç vaxt üstdən aşağı baxmayasan. Əksinə, kimliyindən asılı olmayaraq, hər bir rəqibə hörmətlə yanaşmaq lazımdı. Biz də sanki çempionat oyununa çıxırmış kimi davrandıq. Ona görə də həm qələbə qazandıq, həm də çox qol vurduq.
 
– Sanki oyun sənin üçün istənilən kimi alınmırdı…
– Futboldu, qaçırdığın şanslar da olacaq, vurduğun qollar da. Hazırda zədəm yoxdu. Formamı yavaş-yavaş bərpa edirəm. Məqsədim komandama yardım etməkdi. Şükürlər olsun ki, bunu da bacarıram. Qol epizodlarından indi daha yaxşı istifadə edirəm.
 
– Qarşıdan “Zirə” ilə çətin oyun gəlir. Qələbə seriyasını bu oyunda da davam etdirmək mümkün olacaqmı?
– Bunun üçün çalışacağıq. Bizi ancaq qələbə qane edir. Öz oyunumuzu oynamalıyıq. İnşallah, belə davam etməliyik.
 
– “Zirə”nin liderlər qrupunda yer alamsı sizi narahat etmirmi?
– “Zirə” həqiqətən də yaxşı komandadı, oyunlarını izləyirəm və bəyənirəm. Amma “Neftçi” də köklü klubdu, üç günün komandası deyil. I dövrədə udublar, biz də çalışacağıq öz meydanımızdakı qarşılaşmada qələbə qazanaq. İmkan verməyəcəyik ki, “Zirə” “Bakcell Arena”dan xal aparsın.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43