Kateqoriyasız

Cavid İmamverdiyev Türkiyədə ilk qolunu vurdu, oyunun ən yaxşısı seçildi

Türkiyə PTT I Liqasında növbəti turun matçları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin şərəfini qoruduğu “Elazığspor” “Orduspor”la qarşılaşıb və rəqibini darmadağın edib – 3:0.

Cari mövsümdə ilk qələbəsini qazanan Elazığ klubunda İmamverdiyev bir qol və bir məhsuldar ötürmə ilə qarşılaşmanın ən yaxşısı seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43