Dünya futbolu

“Çelsi” “Real”dan sərvət istəyir – Hazard üçün

İspaniyanın “Real” klubu “Çelsi”də forma geyinən Eden Hazard üçün London təmsilçisinə müraciət edib. “Zadəganlar” belçikalı ulduz oyunçu üçün “Kral klubu”ndan 110 milyon avro tələb edib.

Bu yaxınlarda karyerası ilə bağlı açıqlama edən Eden Hazard hazırda “Çelsi”də xoşbəxt olduğunu bildirsə də, ayrıla biləciyinin də siqnalını vermişdi.  Ancaq Madrid təmsilçisi belçikalı üçün istənən miqdarı çox olduğunu bildirib. Hazırda “Çelsi” ilə qiymət danışığında olan “Real” bu rəqəmi biraz azaltmaq niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43