Dünya futbolu

“Çelsi” “Yuventus”un müdafiəçisini transfer edir

“Yuventus” klubunun sol cinah müdafiəçisi Aleks Sandro “Çelsi”nin maraq dairəsinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, London təmsilçisi 26 yaşlı braziliyalını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

“Çelsi”nin baş məşqçisi Antonio Konte İtaliya A seriyasında Sandoronun “İnter”ə qarşı oyununu stadiondan izləyib.

Futbolçu 2015-ci ildə “Portu”dan 26 milyon avroya “Yuventus”a transfer olunub. Sandro ilə komanda arasında 2020-ci ilədək müqavilə imzalanıb. Hazırda braziliyalının transfer qiyməti 45 milyon avro dəyərləndirilir.

Cari mövsüm İtaliya çempionatında 20 oyunda meydana çıxan Sandro 1 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43