Kateqoriyasız

“Çelsi”nin yeni baş məşqçisi bilindi

Qrem Potter “Çelsi”yə rəhbərlik etməyə şifahi razılıq verib.

İdmanxeber.az xəbər verir ki, “zadəganlar”ın rəhbərliyi ingiltərəli mütəxəssislə görüş keçirib. Görüşdən sonra tərəflər razılıq əlaməti kimi bir-birilərinin əllərini sıxıblar.

Hazırda “Brayton”u çalışdıran mütəxəssis qısa zamanda “Çelsi”nin başına keçəcək.

Qeyd edək ki, “Çelsi” sentyabrın 6-da Tomas Tuxeli baş məşqçi postundan istefaya göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43