Maqazin

Çempiona porno filmdə çəkilmək üçün 5 milyon dollar təklif etdilər (FOTOLAR)

Porno-parodiyaların prodüseri, daha çox Aksel Braun kimi məşhur olan, Alessandro Ferro Ultimate Fighting Championship (UFC) çempionu Ronda Rouzi Marvel komikslərinin super qəhrəmanlarına həsr edilmiş yeni filmində çəkilmək üçün beş milyon dollar təklif edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə TMZ bildirib. Ferronun sözlərinə görə, idmançıya Kapitan Marvel kimi tanınan, uydurma personaj Miss Marvel haqqında filmdə rol təklif edilib. Prodüser həmin məbləği Ronda Rouziyə üç seksual səhnədə iştirakı üçün ödəməyi vəd edir. O həmçinin əlavə edib ki, döyüşçü özünə sərbəst şəkildə rol seçə bilər.

Porno-studiya artıq ilk dəfə deyil ki, Ronda Rouziyə diqqət yetirir. Avqustun əvvəlində idmançının adını parodiya edən “Ronda ArouseMe” (“Ronda məni həyəcanlandırır”) adlı filmin anonsu verilmişdi. Döyüşçü rolu aktrisa Kleyo Valentyenə həvalə edilib. Filmin rejissoru Coanna Encel bildirib ki, əsərdə başqa UFC idmançısı – Rouziyə real rinqdə iki dəfə məğlub olan Mişa Teyt peyda ola bilər.

Avqustun 1-də UFC çempionu Rio-de-Janeyroda braziliyalı Bet Korreyə qalib gələrək altıncı dəfə öz titulunu qoruyub. İdmançı döyüş başladıqdan 34 saniyə sonra rəqibini nokaut edib.

28 yaşlı amerikalı idmançının növbəti döyüşü 2016-cı ilin yanvar ayının 2-də Las-Veqasda keçiriləcək, onun rəqibi isə boks üzrə dünya çempionu Holli Holm olacaq.

Rouzinin aktivində 6 qələbə UFC çərçivəsində olmaqla 12 qələbə var. 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında o, cüdo üzrə 70 kq çəki kateqoriyasında bürünc medal qazanıb. (oxu.az)






İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43