Kateqoriyasız

Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü atıldı (YENİLƏNİB)

Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkatma zamanı qrup birinciləri ilə, qrup ikinciləri üz-üzə gələcək. Ancaq bu mərhələdə eyni ölkə təmsilçiləri, həmçinin bir qrupda mübarizə aparmış komandalar üz-üzə gələ bilməyəcək.

1/8 final mərhələsi:

"Gent" (Belçika) – "Volfsburq" (Almaniya)

"Roma" (İtaliya) – "Real" (İspaniya)

PSJ (Fransa) – "Çelsi" (İngiltərə)

"Arsenal" (İngiltərə) – "Barselona" (İspaniya)

"Yuventus" (İtaliya) – "Bavariya" (Almaniya)

PSV (Hollandiya) – "Atletiko" (İspaniya)

"Benfika" (Portuqaliya) – "Zenit" (Rusiya)

"Dinamo" (Ukrayna) – "Mançester Siti" (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 16/17 və 23/24 fevral, 8/9 və 15/16 mart tarixlərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43